İstanbulun Arnavutköy rayonunda gecə saatlarında zəncirvari yol qəzası baş verib.
Manset.az-ın məlumatına görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
İddialara görə, 34 HVP 983 dövlət nömrə nişanlı cip yolun sağ zolağında texniki nasazlıq səbəbindən dayanan 34 KL 5076 dövlət nömrə nişanlı yük maşınına çırpılıb. Ardınca arxadan gələn başqa bir avtomobil də cipə çırpılaraq qəzanın miqyasını böyüdüb.
Qəza nəticəsində ümumilikdə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə dərhal sağlamlıq, xilasetmə və polis qrupları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.