Türkiyənin Mardin vilayətində ağır yol qəzası baş verib.
Manset.az-ın məlumatına görə, 52 yaşlı Muhammed Miraç Sidarın idarə etdiyi yük maşını hələlik naməlum səbəbdən idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü Sidar hadisə yerində həyatını itirib. Avtomobildə olan 19 yaşlı Məhəmməd Yusuf İmrak isə xəsarət alıb.
Yaralı təcili tibbi yardım qrupları tərəfindən xəstəxanaya çatdırılıb.
Qəza ilə bağlı araşdırma aparılır.