Türkiyənin Nevşehir şəhərində 2 yaşlı uşağın zibil qabına düşmə anı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, 2 yaşlı Muhammed Nur El Muhammed naməlum səbəbdən yaşadığı üçmərtəbəli binanın ikinci mərtəbəsindəki evin pəncərəsindən binanın qarşısında yerləşən zibil qabına düşüb.
Hadisəni görənlərin dərhal məlumat verməsi nəticəsində əraziyə polis və təcili tibbi yardım qrupları cəlb olunub.
Yaralı uşaq təcili olaraq xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra məlum olub ki, uşağın sağ qolunda sınıq var.
Hadisə ilə bağlı araşdırma aparılır.