Samuxda QƏZA - Xəsarət alanlar var

16:16 - 27 Aprel 2025

Samuxda QƏZA - Xəsarət alanlar var

Samuxda iki avtomobil toqquşub, altı nəfər xəsarət alıb.


Manset.az xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunun Samux rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1961-ci il təvəllüdlü C.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev və 2020-ci il təvəllüdlü F.Əliyeva xəsarət alıb.

Zərərçəkənlər Samux Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv