Abşeron rayonunun Saray qəsəbəsində ev yanır.
Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.