Oğuzda 80 yaşlı qadın su kanalında boğulub.
Manset.az-ın məlumatına görə, hadisə rayonun Kərimli kəndində baş verib.
Kənd sakini 80 yaşlı Qənirə Həsənova kənd ərazisindəki bağ sahəsindən keçən su kanalına düşüb. Köməksiz vəziyyətdə qalan yaşlı qadın boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.