İstanbulda bir mikroavtobus və iki nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Manset.az-ın məlumatına görə, səhər saatlarında meydana gələn qəzada yaralananların olduğu öyrənildi.
Qəzadan sonra hadisə yerinə polis, yanğınsöndürən və sağlamlıq qrupları sövq edilib.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılıblar.