Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Manset.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
10:31
Bakıda yanğın başlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Kürdəxanı şitil kompleksində baş verib.
FHN-dən Manset.az-a verilən məlumata görə, obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda hadisə yerində yanğının söndürülməsi və ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.