Ötən gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “Lada” və “Hyundai” markalı avtomobillər toqquşub, ölənlər var.
Manset.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldıqları xəsarətlərdən ölüb.
Sərnişinlərdən Məlikova Vəsfiyyə Yasin qızı və Rüstəmov Hacıalı Adil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.