Yük maşını avtomobillə toqquşdu: 1 ölü, 1 yaralı

11:41 - 23 Aprel 2025

Yük maşını avtomobillə toqquşdu: 1 ölü, 1 yaralı

Türkiyənin Afyonkarahisar vilayətinin Bolvadin rayonunun Həmidiyyə kəndi yaxınlığında baş verən ağır yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.


Manset.az-ın türk mediasından aldığı məlumata görə, hadisə qarşı tərəfdən gələn minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və yanında olan sərnişin nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə gələn yanğınsöndürmə qrupları sərnişini hadisə yerində ölü olaraq müəyyən edib. Sürücü isə təxminən 20 dəqiqəlik müdaxilədən sonra sıxılmış vəziyyətdən çıxarılıb və xəstəxanaya aparılıb.​​

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv