Yalova-Bursa magistral yolunun Süpürgelik ərazisində baş verən avtobus qəzası faciə ilə nəticələnib.
Manset.az-ın məlumatına görə, 16 VD 838 dövlət nömrə nişanlı Bolu - İzmir istiqamətində hərəkət edən sərnişin avtobusu saat 14:00 radələrində idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza zamanı avtobusda olan 15 sərnişindən biri həyatını itirib. Sürücü Orhan Ş. (60) və onun köməkçisi Hüseyn Şimşək (32) isə yaralanıb. Hadisə yerinə polis, jandarma, təcili yardım və xilasetmə qrupları cəlb edilib.
Yaralılar xəstəxanaya yerləşdirilib, faciənin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.