İstanbulun Hadımköy–Haramidere marşrutu üzrə hərəkət edən İETT avtobusunun sürücüsü ilə avtomobildə olan şəxslər arasında tıxac səbəbindən mübahisə baş verib.
Manset.az-ın məlumatına görə, avtomobildən düşən iki nəfər avtobusa yaxınlaşaraq sürücüyə etiraz edib. Onlardan biri nəqliyyat vasitəsinin ön qapısının şüşəsinə zərbə endirərək, onu sındırıb.
Hadisə avtobusdakı təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Sərnişinlər və sürücü polisə müraciət edəcəklərini bildiriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.