Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində evdə partlayış olub.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.
Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
FHN hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Daha 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.