Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşən yeniyetmə qızlardan biri - Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisənin təfərrüatı barədə danışıb.
Manset.az Baku Tv-yə istinadən xəbər verir ki, aprelin 16-da evdən qaçan yeniyetmələrlə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, hələ də onlardan xəbər yoxdur.
Bəhram Hüseynov hadisənin baş vermə səbəbini belə izah edib:
"Bacımgil bizə qonaq gəlmişdilər. Qızı mənim qızıma gizlincə telefon verib. Bacım bunu biləndə telefonu ondan alıb. Qızım isə bibisinə yalvarıb ki, bu barədə mənə heç nə deməsin. Oturub çay içirdik. Birdən oğlum dedi ki, uşaq yoxdur. Mənim qorxumdan, leysan olan gün qaçıb gediblər. Hər yerə müraciət etmişik, elə bir yer qalmayıb ki, axtarmayaq. Bu günə kimi hələ də xəbər yoxdur. Fikirləşirəm ki, birdən gedib özünü öldürər və ya qaçıb gizlənər. Ağlıma hər şey gəlir. Mən qızımı 9-cu sinifdən məktəbdən çıxarmışam. O, nə park sevərdi, nə küçə. 16 yaşı var, sevdiyi olsa, mən bilərdim".
Ətraflı süjetdə: