Türkiyənin Karaman şəhərində 14 yaşlı MN adlı qız Karaman Təhsil və Araşdırma Xəstəxanasının tualetində dünyaya gətirdiyi körpəni zibil qutusuna atıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə xəstəxanada çalışan təmizlik işçisinin tualeti təmizlədiyi zaman zibil qutusunda körpə cəsədi tapması ilə ortaya çıxıb. Əraziyə çağırılan polis və tibbi qruplar körpənin doğuşdan az sonra öldüyünü müəyyən ediblər.
Doğuş edən qız polis tərəfindən saxlanılıb. Hazırda hadisə ilə bağlı məhkəmə və inzibati araşdırma aparılır. Qızın zorakılığa məruz qalıb-qalmaması həm sosial xidmətlər, həm də hüquq-mühafizə orqanları tərəfindən müxtəlif aspektlərdən araşdırılır.