Əskişəhərdə polis tərəfindən şəxsiyyət vəsiqəsi tələb edilən bir şəxs yerüstü keçiddən aşağı atılaraq ağır yaralanıb.
Manset.az xəbər verir ki, hadisə səhər saatlarında Kartal qovşağında, 1-ci Ana Jet Baza Komandanlığı yaxınlığında baş verib.
Mülki geyimli polis qrupları Ahmet H. Ş. adlı şəxsin şübhəli davranışlarından sonra şəxsiyyətini yoxlamaq üçün yaxınlaşıb. Lakin həmin şəxs təşvişə düşərək körpüdən aşağı atılıb və Ankara istiqamətində hərəkət edən avtomobilin ön şüşəsinə düşüb.
Yaralı dərhal 112 Təcili Yardım qrupları tərəfindən Əskişəhər Şəhər Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı genişmiqyaslı istintaq başladılıb.