Sürücü avtomobilin altında qalaraq öldü - Salyanda faciə

20:57 - 20 Aprel 2025

Sürücü avtomobilin altında qalaraq öldü - Salyanda faciə

Salyanda qəzaya uğrayan avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, KIA markalı avtomobili idarə edən 1959-cu il təvəllüdlü Sədrəddin Mirzəağa oğlu Quliyev idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşırıb.

Hadisə nəticəsində yüngül xəsarət alan sürücü avtomobili qaldırmaq üçün kran çağırıb.

Avtomobili hadisə yerindən qaldıran kranın trosu qırılıb və avtomobil sürücünün üzərinə düşüb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv