Kütləvi zəhərlənmənin qeydə alındığı "Venesiya" şadlıq sarayının administratoru Nəbi Baxşəliyev danışıb.
Manset.az Baku Tv-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, hadisə baş verən gün şadlıq sarayının hər iki zalında məclis olub, lakin təkcə birindəki qonaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.
"Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı araşdırma aparır. Qidaların hamısı şadlıq sarayına sertifikasiya əsasında daxil olur. Zəhərlənməyə nəyin səbəb olduğu bizə də maraqlıdır", - deyə administrator əlavə edib.
Ətraflı süjetdə: