Ağstafada dəhşətli qəza - Xəsarət alanlar var  

17:41 - 19 Aprel 2025

Ağstafada dəhşətli qəza - Xəsarət alanlar var  

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb. Qəza zamanı 1948-ci il təvəllüldü O.Quşçuyev, 2004-cü il təvəllüdlü S.Quşçuyeva və 2020-ci il təvəllüdlü M.Quşçuyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv