Azərbaycandan Gürcüstana təcili dəstək  

15:14 - 19 Aprel 2025

Azərbaycandan Gürcüstana təcili dəstək  

Gürcüstanda elektrik enerjisi kəsilib. 


Manset.az xəbər verir ki, ölkənin paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionları da bu problemlə üzləşib.

Buna səbəb Kavkasioni elektrik ötürücü xəttində baş verən qəza göstərilir.

“AzərEerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin “Qafqazinfo” ya verdiyi məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib. Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerjisistemi ilə paralel iş bərpa olunub. Qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.

Qeyd edək ki, qəzanın səbəbi hələlik bəlli deyil.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv