Bakıda toyda kütləvi zəhərlənmə: 32 nəfər xəstəxanalıq oldu - VİDEO

09:19 - 19 Aprel 2025

Bakıda toyda kütləvi zəhərlənmə: 32 nəfər xəstəxanalıq oldu - VİDEO

Dünən gecə 32 nəfərin toyda zəhərlənməsi ilə bağlı məsələni  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hazırda araşdırır.


Bu barədə Manset.az-a AQTA-dan bildirilib.

Məlumatda qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

***

Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.

Ürəkbulanma və başgicəllənmədən şikayətlənən şəxslər Kliniki Tibbi Mərkəzə aparılıb.

Restorandakı qidadan zəhərləndiyini deyən Quliyeva Ruhiyyə bildirib ki, xəstəxanaya xeyli sayda insan gətirilib və hazırda onlara müvafiq tibbi yardım göstərilir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, hazırda həmin şəxslərə müvafiq tibbi yardım göstərilib.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv