Ziya Bünyadov prospektində QƏZA - Sıxlıq yarandı

12:49 - 18 Aprel 2025

Ziya Bünyadov prospektində QƏZA - Sıxlıq yarandı

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Poladəritmə Zavodunun yaxınlığında qəza baş verib.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

"Nəqliyyat vasitələrinin daha çox istifadə etdiyi çoxzolaqlı belə yollarda qəza olduqda yaranan sıxlıq bitişik digər küçə və prospektlərdə də ləngimələrə səbəb olur. Mərkəzin əməkdaşlarının yol polisi ilə koordinasiyalı şəkildə gördüyü tədbirlər nəticəsində qısa müddət ərzində yolda intensivlik bərpa olunub", - məlumatda deyilir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv