Şabranda seldə batan daha bir şəxsin meyiti aşkarlanıb.
Manset.az xəbər verir ki, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin meyiti rayonun Dağbilici kəndi yaxınlığında, çay kənarında tapılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, aprelin 16-da Şabrançayın Şabran rayonu, Xəlifələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.