Sakaryanın Geyvə rayonunun Epçələr məhəlləsində iki mərtəbəli taxta və kərpic evdə yanğın baş verib.
Manset.az xəbər verir ki, alova soba bacasının alışması səbəb olub. Evdə yaşayan və yataq xəstəsi olan 82 yaşlı Hatice Özmen məhəllə sakinləri tərəfindən xilas edilib.
Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. Ev tamamilə yararsız hala düşüb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Qadının vəziyyətinin yaxşı olduğu, oğlu Haluk Özmenin isə hadisə zamanı işdə olduğu bildirilib.