Əməkdar jurnalist vəfat etdi - FOTO

09:11 - 02 Aprel 2025

Əməkdar jurnalist vəfat etdi - FOTO

Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib.

 

Bu barədə Manset.az-a Mətbuat Şurasından bildirilib.

“Şuranın İdarə Heyətinin üzvləri “Səs” qəzetinin veteran yazarı Valeh Məhərrəmlinin vəfatından kədərləndiklərini bildirir, mərhumun doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verirlər”, - məlumatda bildirilir.

V.Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildə “Səs” qəzeti yarandığı gündən nəşrdə çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələr tutub. Onun çoxillik əməyi “Tərəqqi” medalına və Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv