Hindistanın Madhya Pradeş əyalətinin Şeopur rayonunda dəhşətli hadisə baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı bəy Pradip Cat toy korteji zamanı at sürərkən ürək tutmasından dünyasını dəyişib.
Sosial mediada paylaşılan görüntülərdə milli geyimdə olan bəyin atla məkana yaxınlaşaraq yavaş-yavaş önə əyildiyi və huşunu itirdiyi görünür. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, buna oxşar faciəvi hadisə 6 gün əvvəl Vidişa rayonunda da baş verib. 23 yaşlı Parinita Jain əmisi oğlunun toyunda rəqs edərkən səhnədə infarkt keçirərək dünyasını dəyişib.