Ukraynanın Brovarı şəhərində uşaq bağçasının yanında helikopter qəzaya uğrayıb. Qəza nəticəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ilkin təsbitlərə görə qəzada 16 nəfər ölüb, 22 nəfər yaralanıb. Ölənlərdən ikisinin uşaq olduğu açıqlanıb.
Helikopterin niyə qəzaya uğraması ilə bağlı hələlik rəsmi açıqlama verilmir.
Manşet.az