Ukrayna ordusu aylar əvvəl çıxdığı Luqanska daxil olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna qüvvələri buradakı ilk yaşayış məntəqəsini ələ keçirib. Bu barədə Luqansk qubernatoru Serxi Qaydai məlumat verib.
Qaydai bildirib ki, Ukrayna ordusu Lisiçansk şəhərindən cəmi 8 kilometr aralıda yerləşən Bilohorivka kəndinə tam nəzarəti bərpa edib.