Kreml Rusiyanın Ukrayna ilə birbaşa danışıqlara hazır olduğunu açıqlayıb.
Manset.az-ın məlumatına görə, rəsmi Moskva Kiyevdən sözügedən təklifə hələ də heç bir cavab almadığını bildirib.
Bəyanatda qeyd olunub ki, Rusiya məqsədlərinə sülh yolu ilə çatmaq niyyətindədir:
“Müqavilə ABŞ ilə deyil, məhz Ukrayna ilə bağlanmalıdır. ABŞ-ın sülh təşəbbüslərinə görə minnətdarıq. Ukrayna məsələsində ABŞ-la çox sıx təmasdayıq".