"Putinlə işləmək Zelenski ilə işləməkdən daha asandır" - Tramp  

00:30 - 30 Aprel 2025

\"Putinlə işləmək Zelenski ilə işləməkdən daha asandır\" - Tramp  

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə işləməyin Kiyev rejiminin başçısı Volodimir Zelenski ilə işləməkdən daha asan hesab edir. Ağ Ev rəhbəri Putinin Ukrayna ilə bağlı sülh sazişi bağlamağa hazır olduğuna da əmin olduğunu bildirib.


Manset.az-ın xəbərinə görə, Tramp həmçinin Zelenskini 2025-ci ilin fevral ayının sonunda Ağ Evə səfəri zamanı səs tonunu qaldırdığına görə tənqid edib.

Xatırladaq ki, bundan qabaq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmiş ki, Putin Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu təsdiqləyib. Bundan başqa, Rusiya lideri Qələbənin 80-ci ildönümündə atəşkəs elan edib.

Yeganə






Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv