Aprelin 29-da Günəşdə üç güclü partlayış baş verib.
Manset.az Oxu.az-a istinadla xəbər verir ki, partlayışların gücü M sinfinə aid olub:
"İlk partlayış Bakı vaxtı ilə saat 09 radələrində baş verib. Bundan əlavə, gün ərzində daha iki partlayış olub".
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.