Rumıniyada döyüş sursatı və silahların sınaqdan keçirildiyi hərbi laboratoriyada partlayış baş verib.
Manset.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə ordunun Buxarest dairəvi yolu yaxınlığında yerləşən sınaq laboratoriyasında baş verib.
Telekanalın məlumatına görə, yanğın nəticəsində bir nəfər həlak olub. Hazırda xilasedicilər digər zərərçəkənlərin olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.
Partlayışın təkrarlanma riskinin qaldığı bildirilir.
Qeyd edək ki, Rumıniya NATO üzvü olan ölkələrdən biridir.