Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Putin mayın 8-dən 11-ə qədər olan dövrdə İkinci Dünya Müharibəsində qazanılan Qələbənin 80 illiyi münasibətilə atəşkəs elan edəcəyini açıqlayıb.
Manset.az-ın məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin elan etdiyi müvəqqəti atəşkəs qərarını “manipulyasiya cəhdi” olaraq qiymətləndirib.
Zelenski mövzu ilə bağlı açıqlamasında bildirib ki, yeni bir manipulyasiya cəhdi var:
"Nədənsə hamıdan mayın 8-nə qədər gözləmələri və yalnız bundan sonra atəşkəs elan edilərək, sükutun təmin olunması istənilir".