Putin miqrantlarla bağlı fərman imzaladı  

23:59 - 28 Aprel 2025

Putin miqrantlarla bağlı fərman imzaladı  

Rusiya Prezidenti Vladimir Putin Rusiyada qeyri-qanuni qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statuslarını tənzimləməli və ya ölkəni tərk etməli olduğu müddəti 2025-ci il sentyabrın 10-dək uzadıb.


Manset.az Oxu.az-a istinadla xəbər verir ki, Rusiya prezidentinin müvafiq fərmanı hüquqi aktlar portalında yer alıb.

Əvvəlki fərman miqrantların hüquqi statuslarını aprelin 30-dək tənzimləməyi tələb edirdi.

Qeyd edək ki, Rusiyada fevralın 5-dən ölkədə qeyri-qanuni olan əcnəbilərin ölkədən çıxarılması üçün xüsusi rejim qüvvədədir.

İndi deportasiya ilə bağlı qərarı polisin ərazi və nəqliyyat bölmələrinin rəisləri və müavinləri, Daxili İşlər Nazirliyinin miqrasiya xidmətlərinin rəisləri verə bilərlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv