"Ermənistan Rusiya ilə münasibətləri pozmayacaq və pisləşdirməyəcək".
Manset.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Rusiya ilə münasibətləri kəskinləşdirmək, pozmaq və korlamaq niyyətimiz yoxdur. Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər qurmaq istəyirik”, -deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.
Paşinyan qeyd edib ki, İrəvanla Moskva arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanır.
Yeganə