Rusiyadan Hindistan və Pakistana ÇAĞIRIŞ

18:44 - 28 Aprel 2025

Rusiyadan Hindistan və Pakistana ÇAĞIRIŞ

Rusiya Hindistan və Pakistanı təmkinli olmağa və fikir ayrılıqlarının sülh yolu ilə həllinə yönəlmiş dialoqa çağırır.


Manset.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, aprelin 28-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistan İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Məhəmməd Xalid Camalini onun xahişi ilə qəbul edib.

Görüş zamanı tərəflər Rusiya-Pakistan əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin aprelin 22-də Kəşmirdə baş vermiş terror aktı ilə əlaqədar İslamabad və Yeni Dehli arasında gərginliyin artması məsələlərini müzakirə ediblər.

Rusiya tərəfi hər iki tərəfi təmkinli olmağa və fikir ayrılıqlarının sülh yolu ilə həllinə yönəlmiş konstruktiv dialoqa çağırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv