"Ukraynanın məğlubiyyəti Avropa və NATO üçün böyük təhlükədir" - Almaniya MN

13:20 - 28 Aprel 2025

\"Ukraynanın məğlubiyyəti Avropa və NATO üçün böyük təhlükədir\" - Almaniya MN

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna müharibəsindəki vəziyyətin Avropa və NATO üçün böyük təhlükə yaratdığını qeyd edib.


Manset.az-ın əldə etdiyi məlumata görə, B.Pistorius Alamniyanın ARD ictimai televiziyasında çıxışı zamanı bildirib ki, Putin müharibədə Ukraynanın böyük hissəsini işğal edəcək şəkildə qalib gəlsə, bu, NATO ərazisi, həmçinin Moldova və Gürcüstan kimi qonşu ölkələr üçün maksimum təhlükə yaradır.

B.Pistorius ABŞ-ın Ukraynaya dəstəyini kəsdiyi halda belə Almaniyanın hərbi yardımı davam etdirəcəyinə əmin edib.

Almaniya Ukraynaya humanitar yardım, birbaşa ödənişlər və ya silah tədarükü şəklində 44 milyard avro yardım edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv