Pakistan və Hindistan arasında gərginliklər daha da dərinləşir. Hindistan çərşənbə axşamı Cammu və Kəşmir bölgəsində baş verən terror hücumunda 26 mülki şəxsin ölümünə səbəb olub. Buna cavab olaraq Hindistanın İndus hövzəsindən Pakistana su axınını bağlaması münaqişənin daha da şiddətlənməsinə gətirib, çıxarıb.
Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisələrdən sonra Türkiyə Pakistanı dəstəkləyərək, döyüş materialları daşıyan 6 nəqliyyat təyyarəsi göndərib.
Türkiyə qəzetlərində yer alan xəbərə görə, Pakistan ordusu sərhədə haubitsalar göndərərək, Hindistanın mövqelərinə vaxtaşırı hücumlar təşkil edir. Bununla yanaşı, Türkiyə ordusuna məxsus təyyarələr Pakistan ərazisinə silah, raketlər və PUA-lar daşıyıb.
Pakistan rəsmiləri Türkiyənin dəstəyini "səssiz, lakin real" olaraq qiymətləndirib.