Ərdoğan müəlliminin dəfnində - FOTOLAR

17:39 - 27 Aprel 2025

Ərdoğan müəlliminin dəfnində - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müəllimi Ahmet Karamanın dəfn mərasiminə qatılıb.

 

Manset.az xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Ahmet Karaman Ərdoğanın İstanbul İmam Hatip Liseyində ərəb dili müəllimi olub.

Türkiyə Prezidenti öz müəllimi üçün başsağlığı mesajı paylaşıb: “Bu gün vəfatını kədərlə qarşıladığımız İstanbul İmam Hatip Liseyində ərəbcə müəllimlərimizdən olan dəyərli pedaqoq Ahmet Karamanla vidalaşırıq. Allahdan müəllimimizə rəhmət diləyirik. Onun dəyərli ailəsinə, tələbələrinə və İmam Hatip camaatına başsağlığı verirəm. Məkanı cənnət olsun”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv