"Ukrayna prezidenti Volodimir Zelenski Krımın Rusiya ərazisi kimi tanınmasına güzəşt kimi yanaşmamalıdır".
Manset.az xəbər verir ki, bu fikri Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
Onun sözlərinə görə, Kiyevin yarımadadan imtina etməsi “qızdırmalı yuxudan reallığa oyanış” olacaq.
Bundan əvvəl Zelenski Ukraynanın Krımı heç vaxt Rusiya kimi tanımayacağını vurğulamışdı. O qeyd edib ki, Kiyevin mövqeyi beynəlxalq hüquqa əsaslanır.
Yeganə