Papanın dəfninə qatılanların SAYI  

21:16 - 26 Aprel 2025

Papanın dəfninə qatılanların SAYI  

Papa Fransiskin dəfn mərasiminə 250 mindən çox insan qatılıb.


Manset.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

Müqəddəs Pyotr Bazilikasından pontifikin dəfn olunduğu Santa Maria Maggiore Bazilikasına gedən yürüşdə 400 minə yaxın insan iştirak edib.

Məlumata görə, mərasimdə iştirak edən 82 nəfər huşunu itirmə, halsızlıq və istilik vurması səbəbindən tibbi yardıma ehtiyac duyub. Səkkiz nəfər xəstəxanaya aparılıb.

Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Onunla vida mərasimi üç gün ərzində, aprelin 23-dən etibarən Müqəddəs Pyotr kilsəsində baş tutub. Papa öz vəsiyyətində heç bir xüsusi bəzəkləri olmayan sadə bir məzarda dəfn edilməsini vəsiyyət edib.


Dəfn mərasimində 160 nümayəndə heyəti, o cümlədən 60-dan çox dövlət və hökumət başçısı iştirak edib. Qonaqlar arasında ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya da var. Azərbaycanı isə Milli Məclisin spikeri Sahibə Qafarova təmsil edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv