Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenyi Volodimir Zelenski ilə fikir mübadiləsindən sonra bildirib ki, Ukrayna qeyd-şərtsiz atəşkəsə hazırdır. Makron həmçinin qeyd edib ki, “İstəklilər Koalisiyası” Ukraynada uzunmüddətli sülhə nail olmaq üçün işləməyə davam edəcək.
Manset.az xəbər verir ki, Fransa prezidenti bu barədə "X" sosial şəbəkəsində qeyd edib.
"Ukraynada müharibəyə son qoymaq ABŞ prezidenti Donald Trampla ümumi məqsədimizdir. Ukrayna da qeyd-şərtsiz atəşkəsə hazırdır. Prezident Zelenski bu gün mənə bu barədə bir daha dedi. O, bunu reallaşdırmaq üçün amerikalılar və avropalılarla işləmək istəyir".
Yeganə