"Trampla atəşkəsi müzakirə etdik" - Zelenski

17:35 - 26 Aprel 2025

\"Trampla atəşkəsi müzakirə etdik\" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Vatikanda keçirilən görüşdə ABŞ prezidenti Donald Trampla Rusiya-Ukrayna müharibəsində tam və qeyd-şərtsiz atəşkəs rejimini müzakirə etdiklərini açıqlayıb.


Manset.az xəbər verir ki, Zelenski Teleqram hesabından verdiyi yazılı açıqlamada Papa Fransiskin Vatikanda dəfn mərasimindən əvvəl Trampla görüşdüyünü xatırladıb.

Trampla yaxşı görüş keçirdiklərini deyən Zelenski görüş zamanı bir çox mövzunu müzakirə etdiklərini bildirib. Tam və qeyd-şərtsiz atəşkəs və müharibənin təkrarlanmasının qarşısını alacaq etibarlı və qalıcı sülh haqqında danışdıqlarını deyən Zelenski bildirib: "Ümid edirik ki, deyilənlərdən nəticə olacaq".

Yeganə

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv