Türkiyənin Konya vilayətinin Cihanbəyli rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla saat 07:16-da baş verən zəlzələ yerin 13,15 km dərinliyində meydana gəlib.
Bundan başqa, sözügedən rayonda saat 08:10-da daha bir zəlzələ olub. 3,6 bal gücündə baş verən zəlzələ yerin 6,97 km dərinliyində yaranıb.
Tələfat və dağıntı qeydə alınmayıb.