Rusiya-Ukrayna müharibəsi zamanı həlak olan uşaqların sayı 622-yə çatıb.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, müharibə nəticəsində 2546-dan çox uşaq əziyyət çəkib, onların 1924-dən çoxu müxtəlif dərəcəli xəsarətlər alıb.
Ən çox uşaq Donetsk, Xarkov, Xerson, Dnepropetrovsk, Kiyev, Zaporojya, Nikolayev və Sumi vilayətlərində zərər çəkib.
Yeganə