Avstraliyada koalaların kütləvi məhvi - 700 koala öldürüldü

13:38 - 25 Aprel 2025

Avstraliyada koalaların kütləvi məhvi - 700 koala öldürüldü

Səlahiyyətlilər meşə yanğınlarından sonra ciddi şəkildə yaralanan, susuz qalan və ya aclıqdan əziyyət çəkən koalaların "evtanaziyaya" məcbur edildiyini söyləyərək məhv edilməsini müdafiə etdilər.


Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, heyvan hüquqları müdafiəçiləri isə sağlam koalaların da hədəf alındığını iddia etdilər.

Avstraliyanın Viktoriya əyalətindəki Budj Bim Milli Parkında aprelin əvvəlində başlayan və indiyədək təxminən 700 koalanın məhv edilməsi ilə bağlı əməliyyat davam edir. Bu sevimli heyvanları öldürmək üçün snayperlərdən istifadə olunur.

Heyvanları müdafiə edən təşkilatlar bildirirlər ki, bir çox gənc koala əməliyyatdan sonra anasız qalır və onların sağ qalması təhlükəsi yaranır.

Qeyd edək ki, ötən il Avstraliyanın Viktoriya ştatında baş verən yanğın zamanı çox sayda heyvan tələf olub. 




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv