Tailandda baş verən aviasiya qəzasında 6 polis əməkdaşı həlak olub.
Manset.az-ın məlumatına görə, paraşüt təlimindən əvvəl sınaq üçün uçuş həyata keçirən "DHC-6-400 Twin Otter" tipli kiçik təyyarə yerli vaxtla saat 08:00 radələrində dənizə düşüb.
Təyyarədə olan 6 polis əməkdaşı dünyasını dəyişib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.