"Kiyevə Şimali Koreya raketi ilə hücum edilib" - Zelenski

11:12 - 25 Aprel 2025

\"Kiyevə Şimali Koreya raketi ilə hücum edilib\" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın paytaxt Kiyevə hücumu ilə bağlı açıqlama verib .


Manset.az-ın məlumatına görə, Zelenski Rusiyanın hücumundan sonra Kiyevdə dağıntıların təmizlənməsi işlərinin hələ də davam etdiyini diqqətə çatdırıb:

"İlkin araşdırmalara görə, ruslar Şimali Koreyada istehsal olunmuş ballistik raketdən istifadə ediblər. Xüsusi xidmətlərimiz bütün təfərrüatları yoxlayır. Raketin Şimali Koreyada istehsal olunduğu barədə məlumat təsdiqlənərsə, bu, Rusiya ilə Şimali Koreya arasında ittifaqın cinayət xarakterli olduğuna bir daha sübut olacaq. Birlikdə insanları öldürür və həyatları məhv edirlər. Rusiya bu cür silahlardan daim istifadə edir."

V.Zelenski həmçinin əlavə edib ki, Şimali Koreya bunun müqabilində silahlarını real müharibə şəraitində daha öldürücü hala gətirmək imkanı qazanıb:

"Rusiyanın həyata keçirdiyi hücumda həyatını itirənlərin sayı 12-yə yüksəlib, yaralananların sayı isə 100-ü keçib. Hücumların dayandırılması üçün Rusiyaya real təzyiq göstərilməlidir. Müharibəni sona çatdırmaq üçün beynəlxalq diplomatik səylər davam etsə də, Rusiya dinc sakinləri öldürməyə davam edir. Bu, Putinin qorxmaması deməkdir. Müharibə ədalətli şəkildə başa çatmalıdır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv