Tokayev Ərdoğana teleqram göndərdi

23:41 - 24 Aprel 2025

Tokayev Ərdoğana teleqram göndərdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ötən gün Mərmərə dənizi və İstanbul bölgəsində baş verən zəlzələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək teleqramı göndərib.


Manset.az Modern.az-a istinadla bildirir ki, bu barədə Akordanı mətbuat xidmətindən məlumat verilib.

Teleqramda deyilir: “Ölkələrimiz arasında çoxəsrlik dostluq, qardaşlıq və strateji tərəfdaşlığın sarsılmaz bağlarına əsaslanaraq, Qazaxıstanın türk xalqına hərtərəfli dəstək və yardım göstərməyə hazır olduğunu təsdiq edirəm”.

Xatırladaq ki, Türkiyənin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 200-dən çox insan zərər çəkib. Tələfat və ya böyük dağıntılar barədə məlumat yoxdur. Zəlzələnin episentri Mərmərə dənizində olub, 100-dən çox yeraltı təkan qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv