ABŞ əhalisinin 46 faizinin havanın çirkli olduğu bölgələrdə yaşadığı müəyyən edilib.
Manset.az-ın məlumatına görə, Amerika Ağciyər Assosiasiyası (ALA) havanın çirklənməsi ilə bağlı hesabat verib.
Hesabatda 156,1 milyon insanın, yəni həmin dövrdə ABŞ əhalisinin 46 faizinin çirklənmiş ərazilərdə yaşadığı müəyyən edilib.
Hava çirkliliyindən təsirlənən insanların sayının son 10 ildə ən yüksək həddə çatdığı bildirilib. Ölkə daxilində hava keyfiyyətinin aşağı düşməsinə səbəb kimi artıq istilər, meşə yanğınları və quraqlıq göstərilib.